“Real”dan mənimlə heç kim heç bir təklif barədə danışmayıb”

22:00 İspaniya 65
“Real”dan mənimlə heç kim heç bir təklif barədə danışmayıb”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo klubundan yeni müqavilə təklifi aldığını təsdiqləyib.

Sportinfo.az “Madrid Universal”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “Benfika”dan yeni müqavilə təklifinin agentinə göndərildiyini, ancaq hələlik sənədlə tanış olmaq və mövzunu müzakirə etmək istəmədiyini bildirib:

“Bəli, mayın 13-də “Benfika”dan müqavilənin müddətinin uzadılması təklifi aldım. Bu təklif agentimə göndərilib, amma mən ona baxmaq və müzakirə etmək istəmədim. Bazar günündən sonra baxacam”.

63 yaşlı mütəxəssis həmçinin, “Real”la bağlı yayılan iddialara da münasibət bildirib və klubdan heç bir təklif almadığını vurğulayıb:

“Real”dan mənimlə heç kim – nə prezident, nə də başqası – heç bir təklif barədə danışmayıb. Amma belə bir şey olsa belə, cavabım eyni olardı”.

“Benfika” Portuqaliya çempionatında cari mövsümün başa çatmasına bir tur qalmış turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider “Sportinq”dən 2 xal geri qalır.

Komanda mövsümün son oyununu mayın 16-da “Eştoril”ə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti