Son sözünü dedi - Mahir Emrelini komandadan göndərin!

16:20 Gündəm 85
Son sözünü dedi - Mahir Emrelini komandadan göndərin!

Almaniyada “Kayzerslautern”də gözlənilən heyət dəyişiklikləri fonunda Mahir Emrelinin gələcəyi ilə bağlı iddia irəli sürülüb.

Sportinfo.az xəbər verir ki, bu barədə SÜDWEST24 nəşri məlumat yayıb.

Bildirilir ki, komandanın baş məşqçisi Torsten Liberknext azərbaycanlı hücumçu ilə bağlı qərarını artıq verib.

İddiaya görə, almaniyalı mütəxəssis Mahir Emrelini komandasında görmək istəmir. Bu səbəbdən 27 yaşlı forvardın özünə yeni klub axtarmasında problem olmadığı qeyd edilib.

Mahir Emreli bu mövsüm “Kayzerslautern”in heyətində 2-ci Bundesliqa və kubok turnirində ümumən 12 oyun keçirib və 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti