Camal yeni müqavilə üçün danışıqları təxirə saldı

18 Oktyabr 2023 01:30 Almaniya 272
Camal yeni müqavilə üçün danışıqları təxirə saldı

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala klubu ilə yeni müqavilə üçün danışıqları təxirə salıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı futbolçu gələcəkdə komandada əsas oyunçu rolunu alacağına əmin olmadığı üçün Münhen təmsilçisi ilə müqaviləsini yeniləməyə tələsmir.

“Bayern” uzun müddətdir ki, Musiala ilə müqaviləni uzatmaq istəyirdi. Bununla əlaqədar aprel ayında futbolçunun nümayəndələri ilə görüş olub, lakin danışıqlar prosesi dayandırılıb.

Bildirilir ki, hazırda Musiala və ətrafı “Bayern”in layihəsinin necə inkişaf edəcəyini görmək və 20 yaşlı futbolçunun burada əsas rol oynayıb-oynamayacağını anlamaq istəyir.

Musiala bu mövsüm bütün turnirlərdə 8 oyunda iştirak edib və 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!