Yeddi ildən sonra bu komandadan ayrılır – Yığmanın müdafiəçisi

24 Fevral 2023 01:40 Almaniya 567
Yeddi ildən sonra bu komandadan ayrılır – Yığmanın müdafiəçisi

Portuqaliya millisinin müdafiəçisi Rafael Qerreyro yeddi illik "Borussiya" karyerasına son qoyacaq.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu müqaviləsi mövsümün sonunda başa çatacaq Dortmund təmsilçisi ilə yollarını ayırmaqda israrlıdır.

O, klubla müqavilə müddətini uzatmaq fikrində deyil.

Karyerasının böyük hissəsini Bundesliqada keçirmiş portuqaliyalının yeni mövsümə İngiltərə Premyer Liqasında başlayacağı iddia edilir.

Rafael “Kan” və “Loryan”da oynadıqdan sonra 2016-cı ildə “Borussiya”ya transfer olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM