"Köln"ə qol vuran azərbaycanlı forvard kimdir? - VİDEO

4 Dekabr 2022 02:20 Almaniya 696
"Köln"ə qol vuran azərbaycanlı forvard kimdir? - VİDEO

Almaniyanın Qərb Regional Liqasında XIX turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası evdə “Köln”ün əvəzedici heyəti ilə qarşılaşıb.

Matç "Şalke"nin 5:0 hesablı qələbəsiylə başa çatıb.

Rüfət Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb. 30 yaşlı forvard 29-cu dəqiqədə "Şalke"ni önə keçirən qola imza atıb.

“Şalke”nin ikinci komandası 19 turdan sonra 30 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!
12 Aprel 07:30 Bu məhsullar bahalaşıb