"Yuventus"un müdafiəçisi "Bavariya"da - 70 milyon təzminat + 10 milyon bonus

20 İyul 2022 00:20 Almaniya 486
"Yuventus"un müdafiəçisi "Bavariya"da - 70 milyon təzminat + 10 milyon bonus

"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisi "Yuventus"dan Matteys de Liqti transfer edib.

22 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Bundesliqa klubu bu keçid üçün 70 milyon avro və 10 milyon avro bonus ödəyəcək.

De Liqt "Yuventus"a 2019-cu ilin yayında "Ayaks"dan transfer olunub.

Niderland millisinin üzvü son mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 42 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti