Məşhur futbolçu azad agent statusu aldı, yeni kluba keçdi

25 İyun 2021 12:20 Almaniya 524
Məşhur futbolçu azad agent statusu aldı, yeni kluba keçdi

“Herta” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi son mövsümü İtaliyanın “Montsa” klubunda keçirən Kevin-Prins Boatenqi transfer edib.

Azad agent kimi “Herta”ya keçən 34 yaşlı yarımmüdafiəçi klubla 1 illik müqavilə imzalayıb.

Boatenq daha əvvəl 2005-2007-ci illər aralığında da “Herta”da çıxış edib. Qanalı yarımmüdafiəçi bundan başqa, İspaniyada “Barselona”, İtaliyada “Milan”, Türkiyədə “Beşiktaş” kimi klubların da formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti