Məşhur klub daha dörd futbolçusu ilə yollarını ayırdı

26 May 2021 10:20 Almaniya 1 270
Məşhur klub daha dörd futbolçusu ilə yollarını ayırdı

“Borussiya” (Mönhenqladbax) daha dörd futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə Oskar Vendt, Valentino Lazaro, Xulio Vilyalba və Maks Qrünün komandadan ayrıldığı diqqətə çatdırılıb. Onların klubla müqavilə müddəti başa çatıb. Tərəflər yeni sözləşmə imzalamayıblar.

Oskar Vendt geridə qalan mövsümdə Bundesliqada 22 oyun keçirib, 1 qol vurubsa, Valentino Lazaro da 22 oyunda 2 qolla yadda qalıb. Maks Qrün ilə Xulio Vilyalba isə ümumiyyətlə forma şansı qazanmayıb.

“Borussiya” bu oyunçulardan öncə İbrahima Traore ilə də vidalaşmışdı.

Digər Xəbərlər
Xəbər Lenti