Yeni baş məşqçi ilə 2023-cü ilin yayına qədər müqavilə imzalandı

3 Mart 2021 10:00 Almaniya 837
Yeni baş məşqçi ilə 2023-cü ilin yayına qədər müqavilə imzalandı

“Arminiya”nın yeni baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisinin “sükan”ı Frank Kramerə tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kramerlə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

“Arminiya”da dünən baş məşqçi Uve Noyhaus istefaya göndərilmişdi. Bilefeld təmsilçisi Bundesliqada 16-cı sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM