Albaniya təmsilçisi "Byulis"dən ayrılan Amil Yunanovun yeni klubu böyük ölçüdə məlum olub.
Azərbaycan millisinin sabiq üzvü karyerasını İkinci Liqada davam etdirəcək.
Birinci Liqa klublarından da təkliflər alan forvard yekunda daha aşağı liqa təmsilçisi "Şəfa" ilə bütün məsələlərdə razılıq əldə edib.
Onun yaxın günlərdə paytaxt klubuna keçidi rəsmi açıqlanacaq.
Tovuz futbolunun yetirməsi olan Amil Yunanov karyerası ərzində “Qəbələ”,”Keşlə”, “Sumqayıt” “Şamaxı”, “Səbail” və “Kəpəz”də çıxış edib.
O, 5 oyunda Azərbaycan millisinin şərəfini qoruyub.
SPORTİNFO.AZ