Cənub komandası qapısında elə qollar gördü ki... VİDEO+FOTOREPORTAJ

13 Aprel 23:45 II Divizion 336
Cənub komandası qapısında elə qollar gördü ki... VİDEO+FOTOREPORTAJ

Azərbaycan II Liqasında XX turun oyunları keçirilib.

"Şəmkir" doğma meydanda "Lerik"i qəbul edib.

Autsayderlər qrupunda qonşu olan komandaların dueli o qədər də gərgin mübarizə şəraitində keçməyib.

Cənub təmsilçisi matça fəal başlasa da, yalnız bir dəfə qapıya zərbə vurmağa imkan tapıb, onda da top tirə tuş gəlib. Bir epziodda isə onların penalty istəyinə baş hakim Elvin Bayramov əhəmiyyət verməyib.

Şəmkirlilər ikinci yarıda üstünlüyü ələ keçirib. Son 30 dəqiqə “ağ-qırmızılar” üçün daha yaxşı alınıb.

İlkin Əliyev 61-ci dəqiqədə hesabı açıb. Hafiz Məmmədli onun yaxın məsafədən endirdiyi zərbəyə reaksiya versə də, kələ-kötür meydançaya dəyən top sitiqamətini dəyişərək tora daxil olub.

84-cü dəıqiqədə isə Sahib Cümşüdov müdafiəçilərin növbəti xətasını bağışlamayıb.
Beləcə, qarşılaşma qərb bölgəsi təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 13-ə yüksəldən "Şəmkir" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 16 xalı olan "Lerik" isə 11-ci yerdədir.

SPORTİNFO.AZ

Şəmkir OİK stadionu. 157 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Elman Kərimov, Zakir Şükürzadə
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Elxan Əzizov, 9 (qeyri-idman hərəkəti); Surac Şahbazov, 87 (qeyri-idman hərəkəti) // Mirvaleh Hüseynov, 3 (qeyri-idman hərəkəti); Mirabbas Qədirli, 61 (hakimin qərarına etiraz)
Qollar: İlkin Əliyev, 61; Sahib Cümşüdov, 84
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.

“Şəmkir”

1. İsrail İsmayılov
19. Elxan Əzizov (k)
(17. Asim Quliyev, 52)
6. Cavid Abbasov
14. Surac Şahbazov
10. Sahib Cümşüdov
3. Kamran Kərimov
8. Ülfan Hüseynov
(20. Taleh Nəbiyev, 72)
57. Məzahir Əhmədov
30. Kərəm Əhmədli
9. İlkin Əliyev
(4. Kənan İbişov, 88)
77. Yusif Rufullazadə
Ehtiyat oyunçular:
15. Aydın İsxanzadə
Baş məşqçi: Ceyhun Əhmədov

“Lerik”

12. Hafiz Məmmədli
5. Feyruz Bağıyev
(10. Nurlan Əmirzadə, 73)
17. Fahil Dostiyev
(22. Aqil Nəzərov, 88)
42. Valid Yusubzadə
8. Ruslan Tağızadə
7. Kamran Abdullazadə (k)
99. Mirabbas Qədirli
14. Penci Ağazadə
11. Əli Tağızadə
(16. Murad Əliyev, 88)
9. Azad Bayramzadə
(20. Elvin Cahargirli, 88)
3. Mirvaleh Hüseynov
Ehtiyat oyunçular:

Baş məşqçi: Vidadi Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti