Qarabağlı oyunçudan ağıllı qol – II Liqadan VİDEO

20 Sentyabr 21:00 II Divizion 350
Qarabağlı oyunçudan ağıllı qol – II Liqadan VİDEO

Azərbaycan II Liqasında III tur arxada qalıb.

"Kürmük Qax" doğma meydanda "Cəbrayıl"ı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Cavid Hüseynovun çalışdırdığı Qarabağ təmsilçisi Əli Nəcəflininm iki qolu ilə oyunun əvvəlində ciddi üstünlük qazanıb.

Mübariz Hüseynzadə isə 90+6-cı dəqiqədə son nöqtəni qoyub. O, uzaq məsafədən vurduğu ağıllı qolla adını tabloya yazdırıb.

3 turdan sonra maksimum nəticə göstərən "Cəbrayıl" turnir cədvəlinin II pilləsində qərarlaşıb. Bütün oyunlarda uduzan "Kürmük Qax" isə 7-cı yerdədir.

SPORTİNFO.AZ

Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır