Lənkəranda stadion gölməçəyə döndü, futbolçular suyun içində "üzdü" - VİDEO+FOTOREPORTAJ

20 Sentyabr 10:40 II Divizion 393
Lənkəranda stadion gölməçəyə döndü, futbolçular suyun içində "üzdü" - VİDEO+FOTOREPORTAJ

II Liqada III tura yekun vurulub.

Hesabat həftəsinin ən böyükhesablı oyunlarından biri Lənkəranda keçirilib.

«Lerik» Olimpiya Kompleksinin stadionunda "Şəfa"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Güclü yağış səbəbindən meydança suyun içində qalıb. Amma bu, ev sahiblərinin istədiyi qədər qol vurmasına əngəl törətməyib.

Kamran Abdullazadənin 6-cı dəqiqədə cərimə zərbəsindən hesabı açdığı epizodu xüsusi qeyd etməliyik. «Xəzər Lənkəran»ın yetirməsi standart vuruşu gözəl yerinə yetirərək, darmadağın əsasını qoyub.

Beləcə, xallarını 6-ya yüksəldən "Lerik" turnir cədvəlinin III pilləsində qərarlaşıb. Bütün oyunlarda məğlub olmuş "Şəfa" isə sonuncu yerdədir.

SPORTİNFO.AZ

Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır
4 Dekabr 12:10 Bugünün hava PROQNOZU