Cavid İmamverdiyev özünə yeni iş yeri tapıb.
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi yenə II Liqada mübarizə aparmağa başlayıb.
Ötən sezonda “Kür-Araz”ın formasını geyinirdi, indi də “Hypers”də.
Ötən “futbol ili”ndə həmin liqada yarışan “Kür-Araz”ın uğurları üçün tər tökmüş təcrübəli yarımmüdafiəçi Vüqar Nadirovun təklifinə müsbət yanaşaraq Quba təmsilçisi ilə anlaşıb.
O, yeni komandasında artıq 2 oyuna da çıxıb. Keçmiş iş yeri “Araz Saatlı” ilə qarşılaşmada 3 qolla yadda qalıb. Birini öz qapısına, digər ikisini rəqibin.
Cavid çətin Şəmkir səfərində də fərqlənməyi bacarıb və komandasında 3:2 hesablı qələbə qazandırıb.
İmamverdiyev vaxtilə “Neftçi”, “Karvan”, “Sumqayıt”, “Sabah” kimi komandaların formasını geyinib, Türkiyədə “Elazığspor”da legioner həyatı yaşayıb.
3 dəfə Azərbaycan çempionu, 1 dəfə ölkə kubokunun qalibi adını qazanıb.
Azərbaycan yığmasının heyətində 8 oyunda 1 qolla yadda qalıb.
Cavid II Liqada yalnız “qurd”unu öldürmür. “Sabah”ın akademiyasında məşqçi işləməklə yanaşı, yarımhəvəskar çempionatda pul qazanır.
İmişli təmsilçisi ona oyunbaşı 250 manat ödəmə edib. “Hypers”də isə bu məbləğ daha 50 manat artıqdır.
SPORTİNFO.AZ