Azərbaycan klubu ümidləri doğrultmayan tanınmış məşqçi ilə müqaviləni uzatmadı

17 May 2024 11:40 I Divizion 5 646
Azərbaycan klubu ümidləri doğrultmayan tanınmış məşqçi ilə müqaviləni uzatmadı

Premyer Liqaya vəsiqə qazanmaq arzusu reallaşmayan «İmişli» Əsgər Abdullayevlə yolları ayırmaq qərarına gəlib.

Çempionluq uğrunda mübarizədə «Şamaxı» və «Qaradağ Lökbatan»ın geridə qalan aran təmsilçisi baş məşqçi ilə müqaviləni yeniləməyə gərək duymayıb.

Klub rəhbərliyinə təsir edən digər neqativ hal dünən «Araz Saatlı»ya məğlubiyyətdir. I Liqanı tərk edəcək debütantla səfər qarşılaşmasında qeydə alınan 1:2 hesablı məğlubiyyət rəsmiləri hədsiz qəzəbləndirib.

Gələn həftə keçiriləcək MOİK-lə finiş turu Abdullayev üçün axırıncı olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı