"İnanmıram ki, ermənilər bundan sonra özlərinə gəlsinlər"

15 İyul 2020 22:40 I Divizion 1 219
"İnanmıram ki, ermənilər bundan sonra özlərinə gəlsinlər"

«Bütün Tovuz camaatı Azərbaycan ordusu ilə fəxr edir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un icraçı direktoru Nadir Nəbiyev deyib.

Tovuz rayonu istiqamətində gedən döyüşlər barədə danışan klub rəsmisi hərbi qüvvələrimizin ermənilərə sarsıdıcı zərbə vurduğunu bildirib: «Bir neçə gündür rayon əhalisi ayaqüstədir.

Həmin mənzərəni sözlə ifadə etmək çətindir. Siz bir görsəydiz ki, insanlar orduya necə dəstək verir, onunla fəxr edir… Azərbaycan ordusuna eşq olsun!

Həqiqətən də əsgərlərimizi görəndən sonra gedib evdə rahat oturoa bilərsən. Erməniləri necə lazımdır, yerlərində oturtdular, inanmıram ki, bundan sonra özlərinə gəlsinlər. Layiqli cavablarını aldılar.

Mən hələ Tovuzun gənclərini demirəm, yaşlı insanları, qadınları da ön cəbhəyə getməyə hazırdır. Ətraf rayonlardan - Qazaxdan, Ağstafadan, Şəmkirdən, Yevlaxdan nə qədər insan bura gələrək, orduya dəstək vermək istəyir. Kimi soruşursan, deyir ki, mən orduya necə kömək edə bilərəm?

Bir futbolçumuz - Səbail Bağırov əsas döyüşlərin getdiyi Ağdam kəndində yaşayır. Bütün ailə üzvləri orada yaşayır. Biri də kənddən çıxmayıb. Hamı yerində möhkəm dayanıb».

Digər Xəbərlər
Xəbər Lenti