"Neftçi"nin sabiq baş məşqçisi geri qayıdır… SON DƏQİQƏ

24 Noyabr 2023 13:00 I Divizion 10 357
"Neftçi"nin sabiq baş məşqçisi geri qayıdır… SON DƏQİQƏ

«Neftçi»nin sabiq çalışdırıcısı Vəli Qasımov yenidən məşqçilik həyatına dönməyə yaxındır.

Bunun üçün ona bir qədər gözləmək lazımdır.

Ola bilsin, elə bu gün millinin sabiq hücumçusunun təyinatı açıqlansın. Hər şey I Liqanın 9-cu turu çərçivəsində keçiriləcək «Şamaxı» - «Karvan» qarşılaşmasının nəticəsindən asılıdır.

Şamaxının eyniadlı təmsilçisi uduzarsa, yaxud heç-heçə edərsə, Vüqar Əsgərli ilə yollar ayrılacaq.

Klub rəhbərliyi mövsümün geridə qalan hissəsində cəmi 4 qələbə qazanan və 15 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşan komandanın çıxışından kəskin narazıdır. Hazırkı baş məşqçiyə 1 oyunluq möhlət verilib.

Vəli Qasımov kollektivi qəbul etməyə hazırdır. İki ildir əyalət klubunda uşaq futbol məktəbinə cavabdehlik daşıyan mütəxəssis «Şamaxı»nı Premyer Liqaya qaytarmağın məsuliyyətini öz üzərinə götürməyə razıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti