Azərbaycanlı futbolçu meydana fərqli nömrəylə çıxdı, klubunu ziyana saldı

11 Fevral 2020 13:12 I Divizion 852
Azərbaycanlı futbolçu meydana fərqli nömrəylə çıxdı, klubunu ziyana saldı

AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Qaradağ Lökbatan"ı cərimələyib.

Sportinfo.az-ın PFL-in saytına istinadən verdiyi xəbərə görə, buna XIV turun "Sumqayıt-2"ilə oyununda Lökbatan təmsilçisinin futbolçusu Cavidan Qasımlının yol verdiyi yanlışlıq səbəb olub.

O, sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydana çıxdığı üçün klubunu 80 manat ziyana salıb.

Bundan başqa, həmin matçda "Sumqayıt-2" klubunun futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə 20 manat cərimə ödəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti