Azərbaycanda klub prezidentinin əməllərinin üstü açıldı -  Vəzifəsindən uzaqlaşdırılır

10 Mart 12:20 I Divizion 3 177
Azərbaycanda klub prezidentinin əməllərinin üstü açıldı -  Vəzifəsindən uzaqlaşdırılır

Tezliklə «İrəvan»ın rəhbərliyində dəyişiklik gözlənilir.

Zahid Niyazəliyevin prezident postundan uzaqlaşdırılacağı barədə redaksiyamıza yeni məlumat daxil olub.

Əldə etdiyimiz qeyri-rəsmi bilgiyə görə, bir müddətdir klubla bağlı aparılan araşdırma başa çatmaq üzrədir. Təhqiqat yalnız cari «futbol ili»ni əhatə etməyib.

Məlum olub ki, Z.Niyazəliyev «İrəvan» Region Liqasında çıxış etdiyi dövrdə bir sıra neqativ hallara yol verib. O, AFFA-nın adından sui-istifadə eləyib, maliyyə toplayıb.

Həmçinin dövrdə komandanın formasını geyinmiş futbolçuların müxtəlif şikayətləri incələnib.

Aşağı liqada mübarizə aparan klubun rəhbərinin bu müddətdə ölkədən çıxışına qadağa qoyulması barədə xəbərlər də var.

AFFA artıq bütün bunlardan məlumatlıdır. Federasiyanın «İrəvan»da cərəyan edən hadisələrlə bağlı yaxın günlərdə sərt qərarlar çıxaracağı dəqiqdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!