Qələbədən vəcdə gəldilər, suyu qapıçının üstünə çırpdılar - Rayondan VİDEO

2 Mart 09:40 I Divizion 667
Qələbədən vəcdə gəldilər, suyu qapıçının üstünə çırpdılar - Rayondan VİDEO

2024-cü il «İmişli» üçün yaxşı başlayıb.

Premyer Liqaya iddialı Aran təmsilçisi I Liqanın yeni ilə təsadüf edən ilk 4 turunda qələbələri sıralamaqdadır.

Əsgər Abdullayevin çalışdırdığı komanda son olaraq «Karvan»a qalib gəlib. İmişlilər doğmau publika önündə

Gilyerme Silva (55) və Xəzər Mahmudovun (90+5) vurduğu qollarla yevlaxlı rəqiblərini 2:0 üstələyib. Bununla xal ehtiyatını 32-yə çatdıran kollektiv «Qaradağ Lökbatan»la birgə turnir cədvəlində zirvəyə şərik olub.

Matçdan sonra «İmişli»nin paltardəyişmə otağında «vur çatlasın» qopub. Futbolçular sevinc hissəsini maraqlı formada bölüşüb. Onlar bir-birlərinin üstünə su atıb.

SPORTİNFO.AZ

VİDEONU BU LİNKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI