AFFA-dan AÇIQLAMA: "Bu klubdan çoxsaylı şikayətlər var"

2 Mart 09:20 I Divizion 381
AFFA-dan AÇIQLAMA: "Bu klubdan çoxsaylı şikayətlər var"

“İrəvan”la bağlı çox şikayətlər var, ayrı-ayrılıqda bizə problemləri bildirənlər də olur”.

Sportinfo.az xəbər verir ki, bunu “qafqazinfo”ya açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli deyib.

Federasiya rəsmisi Birinci liqada mübarizə aparan “İrəvan”dan çoxsaylı şikayətlərin olması və AFFA-nın onlara vaxt verdiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

“Komandada bir müddət işləmiş Azərbaycan yığmasının sabiq qapıçısı Aleksandr Jidkov da şikayət edib.

Ümumilikdə bir neçə məsələ var. Amma Jidkovun problemi daha ciddidir. Onunla bağlı məsələyə yaxın 3-4 gündə aydınlıq gələcək”.

“İrəvan” futbolçuların bir çoxunun maaşını vermədiyi üçün onlarla yolları ayırıb. Komandanı tərk edən oyunçuların əksəriyyəti də AFFA-ya apellyasiya şikayəti verib.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI