DTX-nın ərsəyə gətirdiyi klubdan daha bir uğur - VİDEO

8 Mart 11:20 I Divizion 1 006
DTX-nın ərsəyə gətirdiyi klubdan daha bir uğur - VİDEO

Azərbaycan I Liqasında XVII tur başa çatıb.

2024-cü ilə uğurlu start verən "Difai" buə dəfə Şamaxıda "İrəvan"ı qəbul edib.

Qarşılaşma bölgə təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk dəqiqələrdən hücum futbolu oynayan «fədailər» Tahir Zeynalovla fürsəti qaçırıb.

İlham Allahverdiyev 13-cü dəqiqədə Bayraməli Qurbanova qarşı edilən kobudluğa görə toəyin olunan penaltini qola çevirib. Bundan 10 dəqiqə sonra isə Qurbanov Allahverdiyevin gözəl ötürməsini qola çevirib.

Mövsüm ərzində ən gözəl oyunlarından birini keçirən Elgiz Kərəmlinin komandası fasilədən sonra da həmlələrini davam etdirib. Baş məşqçinin ikinci hissədə şans verdiiyi Kristian Kamta 65-ci dəqiqədə fərqi artırıb.

DTX-nın ərsəyə gətirdiyi klubdan daha bir uğur - VİDEO

«Neftçi»nin yetirməsi olan İ.Allahverdiyev isə son 3 dəqiqədə əsl hücumçu keyifiyyətini göstərib və het-trikini rəsmiləşdirib.

Beləcə, xallarını 12-yə yüksəldən Ağsunun təmsilçisi turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb və son sıradakı "Araz Saatlı"dan daha da uzaqlaşıb. 23 xalı olan "İrəvan" isə 6-cı yerdə qalıb.

I Liqada mövsümün başa çatmasına 11 tur qalıb və indi qazanılan hər xalın əhəmiyyəti böyükdür.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşəbbüsü ilə yaradılan "Difai"nin qarşısına qoyulan məqsədə doğru inamla irəlilədiyini deyə bilərik.

Qarabağ müharibəsinin iştirakçıları və qazilərinin klubu qış fasiləsindən sonra çox dəyişib.

Aparılan transfer siyasəti uğurlu alınıb, komandanın maddi-texniki bazası gücləndirilib. Bunlar da nəticələrdə öz əksini tapmağa başlayıb.

SPORTİNFO.AZ

Şamaxı şəhər stadionu. 30 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Tərlan Talıbzadə, Rəhman Aslanov
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Əzəmət Ələkbərli, 27 (qeyri-idman hərəkəti); Kamil Hüseynov, 49 (qeyri-idman hərəkəti); Əbil Əbilov, 74 (oyun qaydalarının sistematik pozulması) // Kamal Mirzəyev, 50 (qeyri-idman hərəkəti); Bəşir Ayralov, 70 (qeyri-idman hərəkəti)
Qollar: İlham Allahverdiyev, 13 (p.); 87; 90; Bayraməli Qurbanov, 23 Kristian Kamta, 65
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 1 dəq.

“Difai Ağsu”

12. Əlirza Müştəbazadə
3. Kamil Hüseynov (k)
90. İlham Allahverdiyev
99. Məqsum Qənbərli
6. Əzəmət Ələkbərli
10. Tahir Zeynalov
(32. Kristian Kamta, 63)
2. Seymur Rəhimov
16. Emil Quluzadə
(19. Rəsul İbrahimov, 63)
9. Bayraməli Qurbanov
(13. Nazim Bağırov, 80)
5. Əbil Əbilov
(14. Samir Əliyev, 78)
21. Benjamin Ebuka
(8. Ramin Süleymanov, 78)

Ehtiyat oyunçular:

1. Aleksandr Prokrostov
17. Tural Lətifov
4. Fariz Nəcəfov
50. Qurban Hüseynov
Baş məşqçi: Elgiz Kərəmli

“İrəvan”

33. Andrey Sinenka
6. Kamal Mirzəyev (k)
50. Fərid Kərimzadə
98. Əli Əliyev
44. Seymur Əliyev
73. Bəşir Ayralov
10. Ruslan Bayramov
9. Orxan Fərəcov
18. Vüsal Əsgərov
(7. Samir Qurbanov, 78)
99. Balamirzə Soltanov
22. İmran Azaxov

Ehtiyat oyunçular:

1.Süleyman Süleymanov
2. Ramin Məhərrəmov
8. Kamil Mahmudov
Baş məşqçi: Nazim Süleymanov

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI