Premyer Liqa yolunda: "Bircə maliyyə məələsində ilişib qalırıq"

1 Mart 2019 17:12 I Divizion 861
Premyer Liqa yolunda: "Bircə maliyyə məələsində ilişib qalırıq"

«Nəhayət, klubumuzun Premyer Liqaya qaytarlımasının vaxtının çatmasını düşünürəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.

Qərb klubunun rəhbəri bildirib ki, AFFA-nın Lisenziyalaşdırma Proqramının tələblərini yerinə yetirməyə çalışırlar:

«Bunun üstündə iş gedir. Sənədlərin bir çoxunu hazırlamışıq. Bütün şərtlərə cavab veririk, bircə maliyyə məələsində ilişib qalırıq.

Sponsorumuz yoxdu, bu da ən böyük əngəldi. AFFA deyir ki, bank zəmanəti ver

Neçə ildi sponsor tapa bilmirik, inanmıram ki, yaxın vaxtlarda da nəsə yenilik ola. Bütün Azərbaycan bilir ki, «Turan»a maliyyə AFFA-dan gəlir.

Tanıdığım və tanımadığım bütün tovuzlu iş adamlarına, məmurlara müraciət etmişəm ki, doğma rayonunuzun klubuna kömək olun. Yenə də icra başçısından başqa «Turan»la maraqlanan yoxdu.

O gün mən də eşitmişəm ki, AFFA prezidenti növbəti mövsümdən Premyer Liqada klubların sayının artırılması təklifini dəstəkləyib.

Allah eləsin, belə də olsun! Premyer Liqada Tovuzun yeri görünür».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti