"Turan Tovuz"un yeni baş məşqçisi bəlli olub.
Sportinfo.az xəbər verir ki, birinci divizionda mübarizə aparan komandanı Nizami Sadıqov çalışdıracaq.
O, bu vəzifədə Eltay Atayevi əvəz edib. Sadıqov daha əvvəl də "Turan Tovuz"un baş məşqçisi olub.
Qərb təmsilçisi hazırda 16 turdan sonra 13 xalla 11-ci pillədə qərarlaşıb. Yeqni çalışdırıcı ilə anlaşma müddəti 3 aydı. Sadıqov sezonun sonunda komandanı ilk «6-lıq»da təhvil verməlidi.

