"Yeni baş məşqçi məsələsini şurayla məsləhətləşməliyəm".

26 Fevral 2019 11:48 I Divizion 646
"Yeni baş məşqçi məsələsini şurayla məsləhətləşməliyəm".

«Turan Tovuz»un yeni baş məşqçisi sabah məlum olacaq.

Bu barədə Sportinfo.az-a klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Eltya Aslanovla yolların ayrılması komandanın qış fasiləsindən sonra keçirdiyi oyunlarda uğursuzluğa düçar olmasıyla əlaqədardı.

Sitat: «Biz indi kənardan Tovuza məşqçi gətirə bilmərik. Çempionatın başa çatmasına iki-üç ay qalıb.

İndi Əsgər Abdullayevi də geri qaytarsaq, heç nə edə bilməyəcək. Mövsümü tovuzlu məşqçiylə başa vurmalıyıq.

Mənim fikrim Nizami Sadıqovu təyin etməkdi. Bəlkə 1-2 başqa namizəd də oldu.

Bu gün Tovuza gedib. Müşahidə Şurasının üzvlərini yığacam. Baş məşqçi məsələsini şurayla məsləhətləşməliyəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti