Azərbaycanda baş məşqçi istefası - Gedənin yerinə tanış

25 Fevral 2019 14:12 I Divizion 1 048
Azərbaycanda baş məşqçi istefası  - Gedənin yerinə tanış

Divizionda baş məşqçi istefası reallaşıb.

"Turan Tovuz" Eltay Aslanovla yolları ayırıb.

Qərb klubu I Divizionda 16 turdan sonra 13 xalla 14 komanda arasında 11-cidi. Yeni ildən sonra məğlubiyyətləri sıralayan tovuzlular son olaraq evdə «Neftçi-2»yə boyun əyib – 1:5.

Əslində, Aslanovun işinə qış fasiləsində xitam verilmişdi. Sadəcə, o, həmin vaxt klub rəhbərliyi ilə görüşərək, əlavə vaxt istəmişdi və söz vermişdi ki, komandanı düzəldəcək.

Gənc mütəxəssis uğursuzluğunun səbəbini heyətin yetərsizliyi, əksər futbolçuların təcrübəsizliyi ilə əlaqələndirmişdi.

Onu kim əvəzləyəcək? Bu gedişlə Əsgər Abdullayev regiona qayıdacaq. İki il çalışdırdığı kollektivi ötən yay tərk edən mütəxəssis hazırda işsizdi və heç bir başqa təklifi yoxdu.

«Turan»ın dəvət göndərdiyi digər məşqçilər isə Tovuza yollanmaqdan imtina edib. Çün maaş azdı. 700-1000 manat civarında.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti