Belə əcaib-qəraib hadisələr "Kəpəz"in başına gəlir - VİDEO

23 Fevral 2019 10:00 I Divizion 641
Belə əcaib-qəraib hadisələr "Kəpəz"in başına gəlir - VİDEO

I Divizionda 16-cı turun oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Kəpəz" evdə "Zaqatala"ya 1:2 hesabı ilə uduzub.

Matçda maraqlı hadisə yaşanıb. Hətta bunu futbol meydanlarında görünən nadir olay da saymaq olar.


Qarşılaşmanın 81-ci dəqiqəsində meydan sahiblərinin heyətində əvəzetmə olub: Əli Səmədov Ziyabil Məmmədovla əvəzlənib.

Amma meydana girən futbolçu ot örtüyünə ayaq basmamış sarı vərəqə ilə cəzalandırılıb. Bu, 4-cü hakimin baş hakimə göstərişindən sonra baş verib.

Ziyabillə oyunun 4-cü hakimi arasında mübahisə yaşanıb. Futbolçu hakimin tələblərinə yüksək səslə cavab verib və bu da Vüqar Həsənlinin baş hakimi olay yerinə çağırmasına səbəb olub.

Və Ziya Nəsirli də meydana girmək üzrə olan futbolçunu cəzalandırıb.

"Kəpəz" - "Zaqatala" 1:2
Qollar
: Eltac Mirzəyev, 29 - Kamal Dənziyev, 12, Fuad Bayramov, 85

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti