"Bizim rayonda futbol Elxan Məmmədovun sayəsində yaşayır"

22 Fevral 2019 17:24 I Divizion 1 222
"Bizim rayonda futbol Elxan Məmmədovun sayəsində yaşayır"

"Mil-Muğan"ın gələn mövsümdən I Diviziona qaytarılması gözlənilir.

 

Bu barədə Sportinfo.az-a İmişli təmsilçisinin 17 yaşlılardan ibarət komandasının baş məşqçisi Ruhid Usubov məlumat verib.

Onun szlərinə görə, bu məsələ klub rəhbərliyi ilə AFFA arasında danışılıb: "Ötən mövsümdən U-17 Liqasında çıxış edirik.

 

Bizdə daha 7 yaş qrupu üzrə komanda fəaliyyət göstərir (10, 11, 12, 13, 13, 14, 15). İmişlidə futbola maraq həmişə böyük olub və indinin özündə də belədi.

 

Hər məşqimizə nə qədər uşaq, nə qədər azarkeş gəlir. Bunu dillə demək çətindi, gərək gəlib yerində görəsiz.

 

19 yaşlılardan ibarət komandamız olmadığından, hazırda U-17 liqasında çıxış edən uşaqlarımız yayda dağıla bilər. Çoxu bu yaşdan sonra futbolu atır. Çünki getməyə, oynamağa yer yoxdu.

 

Klubumuzun rəhbərliyi mənə deyib ki, gələn mövsümdən divizionda oynayacağıq. Yəqin ki, onlar da AFFA ilə bunu danışıb razılaşdırıblar.

 

İnanın, İmişli futboluyla yalnız Elxan Məmmədov maraqlanır. Bu gün rayonumuzda futbolun yaşaması AFFA-nın baş katibinin sayəsindədi.

 

Nə rayonun özündən, nə də başqa yerdən "Mil-Muğan"la maraqlanan var. Kluba maliyyəni yaknız AFFA ayırır. Maaşımızı vaxtlı-vaxtında alırıq, sağolsunlar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti