"Səbai"dən QOVULDU - OĞURLUQ ÜSTÜNDƏ !

20 Fevral 2019 12:36 I Divizion 1 141
"Səbai"dən QOVULDU - OĞURLUQ ÜSTÜNDƏ !

«Səbail»in icraçı direktoru Ramin Həsənov növbəti dəfə qalmaqal yaradacaq addım atıb.

«Mançester Yunayted» Yay Futbol Məktəbinin keçmiş adminstratoru, soruşmayın ki, yenə nə qələt qırıb!

Bunu yenə biz açıqlayacağıq.

Deməli, yaxşı xəbər aparıb-gətirmək bacarığı olan klub rəsmisi Elvin Qasımov adlı şəxsi «Səbail»dən qovub!

Səbəb nə olsa yaxşıdı?

Həsənovun vaxtilə MY-də gördüyü işi indi «dənizçilər»in əvəzedici komandasında icra edən Qasımov yoxa çıxan 2-3 topa görə işdən uzaqlaşdırılıb.

İcraçı direktor at kimi üzünə dayanıb ki, «Aloff» topları it-bata düşməyib, oğurlanıb. Özü də Qasımov tərəfindən.

Balağından idarəçilik fərasəti süzülən Ramin bəyin klubdan kənarlaşdırdığı şəxsin yerinə isə Cahangir Həsənzadənin yaxın qohumu gətirilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti