«Turan Tovuz»da baş məşqçi dəyişikliyi olacaq.
Yeni ilə uğursuz başlayan qərb təmsilçisi I Divizionun son 2 turunda məğlubiyyətlə üzləşib.
Komandanın turnir cədvəlində 11-ci sıraya yuvarlanması Oqtay Abdullayevi hiddətləndirib. Müşahidə Şurasının sədri Eltay Aslanovu vəzifəsindən uzaqlaşdırmağı lazım bilib.
Qərar yaxın günlərdə açıqlanacaq. Bu, hazırda danışıqlar aparılan namizədlərdən hansının təklifi tez qəbul etməsindən asılıdı (Sportinfo.az).

