AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Sportinfo.az xəbər verir ki, Premyer Liqada ötən tur heç bir qayda pozuntusu olmayıb.
I divizionun XV turunun MOİK – “Turan Tovuz” matçında xərək daşıyan uşaqlar olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunub.
“Ağsu” – “Şüvəlan” matçında Bakı klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə eyni məbləğdə cərimələnib.
“Səbail-2” – “Sumqayıt-2” matçında qonaq klubunnümayəndələri oyunöncəsi iclasa yeddi dəqiqə gecikdiyinə görə klub 80 manat cərimə ödəyəcək.
“Zaqatala” – “Sabah-2” matçında top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə meydan sahibi klub 80 manat cərimə olunub.
Bundan başqa, “Sumqayıt”ın U-17 komandasının baş məşqçisi Vüqar Quliyev və “Sumqayıt”ın U-15 komandasının çalışdırıcısı Hikmət Hüseynov hakimi təhqir etdiklərinə görə beş oyunluq cəzalanıb.
Futzal üzrə I Liqada “Sovetski” və II Liqada “Gilan” komandalarının heyətində protokolda adı olmayan futzalçı iştirak etdiyinə görə bu klublara 0:5 hesablı texniki məğlubiyyət verilib.

