Azərbaycan birinci divizionunun 15-ci turunda keçiriləcək "Qarabağ -2" - "Zirə -2" oyununun vaxtı dəyişdirilib.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubundan PFL-ə müraciət olunub.
Əsas heyətin 6 üzvünün 19 yaşadək milli ilə təlim-məşq toplanışında olduğunu əsas gətirən "Qarabağ" matçın təxirə salınmasını xahiş edib.
“Zirə”nin razılıq və AFFA-dan daxil olan təsdiq məktubunu nəzərə alan PFL “Qarabağ-2” - “Zirə-2” matçının ehtiyat gün olan martın 4-də keçirilməsinə qərar verib.

