"Neftçi"nin şansı sonda gətirdi

7 Fevral 2019 19:48 I Divizion 888
"Neftçi"nin şansı sonda gətirdi

Divizionda 14-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün daha üç görüş baş tutub.

Lider “Sumqayıt-2” doğma meydanda “Keşlə-2” üzərində darmadağına sevinib.

“Sabah-2” – “Neftçi-2” oyununda qonaqlar minimal hesabla üstün olublar. “Zirə-2” isə “Ağsu”nu məğlub yola salıb.

Turun qalan görüşləri sabah keçiriləcək: “Şüvəlan” – “Səbail-2”, “Kəpəz” – MOİK, “Qaradağ Lökbatan” – “Zaqatala”.

Turun açılış matçında “Qarabağ-2” səfərdə “Turan Tovuz”a 2:1 hesabıyla qalib gəlmişdi.

“Sumqayıt-2” – “Keşlə-2” 3:0
Qol: Baxşəli Baxşəliyev, 27, Fərid Kərimzadə, 45. İbrahim Əliyev, 90+3.
Hakimlər: Ziya Nəsirov, Elmin Süleymanov, Zöhrab Abbasov, Alik Yunusov.
“Sumqayıt Arena” (ehtiyat meydança).

“Sabah-2” – “Neftçi-2” 0:1
Qol: Elnur Süleymanov, 90+3.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Əli Cəbrayılov, Rəvan Həmzəzadə.
Binə qəsəbə stadionu.

“Zirə-2” – “Ağsu” 2:1
Qol: Qara Mehrəlizadə, 22. Əmrah Bayramov, 62 - Qalib Əmrahov, 13.
Hakimlər: Etibar Həsənov, Teymur Teymurov, Səbuhi Soltanov, Nail Nağıyev
Bakı. “AZAL Arena”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti