"Qarabağ"ın əvəzedicisində qalaram, Türkiyə klubuna getmərəm! - VİDEO

7 Fevral 2019 12:36 I Divizion 1 008
"Qarabağ"ın əvəzedicisində qalaram, Türkiyə klubuna getmərəm! - VİDEO

I Divizionda ikinci dövrəyə start verilib.

14-cü turun açılış oyununda "Qarabağ-2" səfərdə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.

"Qarabağ-2"nin heyətində ötən yay "Bursaspor"dan transfer edilən Con Delarj da meydana çıxıb.

Qurban Qurbanovun Antalya toplanışının gedişində əsas komandadan uzaqlaşdırdığı konqolu hücumçu Tovuz səfərindən öncə yeni dəvət alıb.

«Ərzurumspor» ona yenidən Türkiyəyə qayıtmağı təklif edib. Gəl ki, afrikalı legioner Super Liqasının dönməyə isti yanaşmayıb.

O, «Ərzurumspor»un maliyyə çətinliyi ilə üzləşməsini öyrəndikdən sonra İbrahim Şehiçlə komanda yoldaşı olmaqdan boyun qaçırıb (Sportinfo.az).

"Turan Tovuz" - "Qarabağ-2" - 1:2

Qollar: Sənan Qocayev, 74 - Toral Bayramov, 28, Elvin Cəfərquliyev, 88

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM