Musa Qurbanov: "Deyirlər ki, kluba buraxmağa artıq pulumuz yoxdu"

4 Fevral 2019 19:48 I Divizion 1 111
Musa Qurbanov: "Deyirlər ki, kluba buraxmağa artıq pulumuz yoxdu"

Fevralın 7-də I Divzionda qış fasiləsi başa çatacaq. «Zaqatala» 1 gün sonra Lökbatanda «Qaradağ»ın qonağı olacaq.

Sezonun geridə qalan hissəsində 21 xal toplayan və turnir cədvəlinin 4-cü pilləsində məskunlaşan şimal təmsilçisi Premyer Liqaya buraxılmağı çox istəyir.

«Zaqatala» rəhbərliyi bu yolda həm AFFA-nın dəstək və güzəştinə, həm də iş adamlarının hamiliyinə ümid bsləyir.

Lakin sponsorluq üçün müraciət olunan Zaqatalanın imkanlı şəxsləri doğma rayonun komandasına maliyyə ayırmaqdan imtina edib.

Bu haqda Sportinfo.az-a Sportinfo.az-a «Zaqatala»nın prezidenti Musa Qurbanov bildirib.

Sitat: «AFFA əvvəlki illərdə klubumuza nə qədər vəsait ayırırdısa, yenə həmin məbləği hesabımıza köçürür.

Dəyişən bir şey yoxdu. Büdcə əsasən birinci komandanın və bəzi aşağı yaş qruplarının saxlanılmasına gedir.

Bu gün üçün bir nömrəli məqsədimiz Zaqatalada futbolu yaşatmaqdı. Klubu inkişaf etdirmək istəyirik, lakin tək əldən səs çıxmaz.

Klubumuzda çalışan digər şəxslər iş adamlarıyla görüşüb, onlardan kömək istəyib. Heç biri futbola pul buraxmaq istəmir.

Eləsi var ki, futboldan uzaq adamdı, bu sahə ona maraqsız gəlir. Elələri də var, fikirləşir ki, mən min zəhmətlə pul qazanıram, onu niyə aparıb futbola xərcləyim?

Deyirlər, kluba buraxası artıq pulumuz yoxdu. Məsələ hələlik açıq qalıb.

Belə görürəm ki, bu münasibətlə «Zaqatala»ya sponsor tapmaq çətin olacaq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti