“Kəpəz” Tovuzda uduzdu

30 Yanvar 2019 09:48 I Divizion 511
“Kəpəz” Tovuzda uduzdu

Birinci divizionda çıxış edən “Kəpəz” yoxlama oyunu keçirib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” çempionatın qış fasiləsi dövründə növbəti hazırlıq matçında “Turan Tovuz”la qarşılaşıb.

Rəqib meydanında reallaşan görüş tovuzluların 4:3 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz”in hər 3 qolu ilk yarıya təsadüf edib.

“Kəpəz”dən Əli Səmədov və Elgün Orucov hərəyə bir dəfə fərqlənib. Daha bir məhsuldar zərbə isə avtoqol olaraq qeydə alınıb.

Bu oyun tərəflər arasında dövrələrarası fasilə müddətində ikinci yoxlama matçı olub.

Bundan öncə komandalar yanvarın 14-də Tovuzda qarşılaşmışdılar. Həmin görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlmişdilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti