«Maaşlarımız yaxın günlərdə ödəniləcək».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in baş məşqçisi Etibar İbrahimov deyib.
Onun bildirdiyinə görə, klubun Müşahidə Şurasının yeni sədri İslam Abbasov bu gün futbolçularla görüşüb:
«Komandanın məşqdən imtina etməsi barədə xəbərlər doğru deyil. Bu, necə imtinadı ki, dünəndən Bakıdayıq və bu gün «Keşlə-2» ilə yoxlama görüşü keçiririk?
İslam müəllim komanda üzvləriylə görüşüb danışdı. Onlarla bir rəhbər kimi söhbət elədi.
Bu səlahiyyət onda olmasaydı, yəqin ki, maaşların qısa müddətdə ödəniləcəyinə dair vəd kerməzdi.
Uşaqlara neçə aydı bu şəraitdə məşq etmələrinə, səbrli davranmalarına görə təşəkkürünü bildirdi, dedi ki, sənədlər hazırlanır, yaxın günlərdə hamı əməkhaqqısını alacaq.
Güman ki, iki apyın pulunu birdən verəcəklər. İslam müəllim onu da dedi ki, yaranmış çətinliklər müvəqqətidi və getdikecə hər şey yoluna düşəcək.
Açığını deyim ki, Vaqif Sadıqovun yeni şura sədrinə müavin təyin olunmasından xəbərsizəm. Bunu mətbuatdan oxumuşam. Ancaq Sadıqovu bu gün keçirilən görüşdə görmədim».

