Mövsümün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunu heyətinə qatıb.
Sportinfo.az xəbər verir ki, “sarı-göylər” son 4 ayı Litva təmsilçisi “Yonava”da keçirən Gəncə futbol məktəbinin yetirməsi Tural Rzayevi rənglərinə bağlayıb.
Yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanacaq.

