Tovuz klubunda danışılmış oyunlarla bağlı qapalı toplantı

19 Yanvar 2019 08:24 I Divizion 611
Tovuz klubunda danışılmış oyunlarla bağlı qapalı toplantı

I Divizionda mübarizə aparan “Turan Tovuz”ın üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub və təqdimatla çıxış edib.

Səlimli futbolçuların və məşqçilərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat ötürə bilərlər: http://www.affa.az/index.php/news/danlm-oyunlar-v-...

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, seminar Tovuz şəhər stadionunda təşkil olunub.

Bir müddət əvvəl “Səbail” və “Kəpəz” klubunun üzvləri üçün də belə seminar təşkil olunub. Bu cür maarifləndirici görüşlər digər klublarla da keçiriləcək.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki,

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti