Azərbaycan klubunda ağıl almaz təyinat – 5 illik kontrakt!

17 Yanvar 2019 15:36 I Divizion 1 072
Azərbaycan klubunda ağıl almaz təyinat – 5 illik kontrakt!

“Şüvəlan”ın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisini bundan sonra Adil Şükürov çalışdıracaq.

Mütəxəssislə 5 illik müqavilə bağlanılıb. Şükürov bundan əvvəl “Zirə” Futbol Akademiyasının rəhbəri olub.

O, həmçinin “qartallar”ın baş məşqçisi vəzifəsində çalışıb və bu komandaya 2015/16 mövsümündə Topaz Premyer Liqasının gümüş medallarını qazandırıb.

Bundan başqa, sözügedən mütəxəssis 17 yaşlılardan Azərbaycan millisinin və “Bakı”nın müxtəlif yaş qrupları üzrə komandalarını çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti