"Neftçi-2” təlim-məşq toplanışını davam etdirir.
Hər gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən əvəzedicilər hazırlıq çərçivəsində yoxlama oyunu keçiriblər.
Komanda MOİK-ə 3:1 hesabı ilə qalib gəlib. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə Əlibəy Məmmədli dubla imza atıb. Bir dəfə isə Şöhrət Yusifov fərqlənib.
Sportinfo.az xəbər verir ki, "Neftçi-2” hazırlıq çərçivəsində daha 3 yoxlama oyunu keçirməyi planlaşdırır

