Premyer Liqa klublarının əvəzediciləri I Diviziondan ayrılır?

17 Yanvar 2019 10:12 I Divizion 1 030
Premyer Liqa klublarının əvəzediciləri I Diviziondan ayrılır?

Premyer Liqa klublarının əvəzedici komandaları növbəti mövsümdən I Diviziona qatılmaya bilər.

Hazırda AFFA-da bununla bağlı müzakirələr gedir.

Federasiyadan reaksiyamıza verilən məlumata görə, «dubl»ların çempionatının bərpası gözlənilir.

Lakin bu, hələ dəqiqləşməyib. Son sözü İcraiyyə Komitəsinin üzvləri söyləyəcək.

Sözügedən yenilik bu mövsümdən tətbiq olunub. Əsl məqsəd aşağı dəstədə oyun alqı-satqılarının sayını minimuma endirməkdi.

Əvəzedicilərin Diviziondan ayrılması fikrini AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlik də dəstəkləyib.

Avstriyalı funksioner gənc hakitmlərin praktika qazanması üçün 1 il öncə qayıtmağın vacibliyini vurğulayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti