"Sabah"dan ayrılan Tural Qürbətovun yeni klubu bəlli olub.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı forvardı karyerasını I Divizionda davam etdirəcək.
Qürbətov "Şüvəlan"la mövsümün sonuna kimi müqavilə imzalayıb. O, ötən yay I Divizion təmsilçisi "Xəzər"dən "Sabah"a keçmişdi.
"Bakı"nın yetirməsi "Rəvan", "Xəzər Lənkəran", "Kəpəz", "Atakum Bələdiyyə" (Türkiyə) klublarında da oynayıb.

