Region Liqasında ikinci dövrənin hazırlığına start verən «FC Baku» bu gün ilk yoxlama görüşünü keçirib.
Sportinfo.az xəbər verir ki, yeni yaranmış paytaxt klubu «Dalğa Arena»da «Qaradağ Lökbatan»la üz-üzə gəlib.
Mərdəkanda keçirilmiş matç həvəskar statuslu komandanın qələbəsiylə başa çatıb.
Sabir Allahquliyevin 87-ci dəqiqədə vurduğu yeganə qol I Divizion təmsilçisini məğlubiyyətlə barışdırıb.

