"Sumqayıt-2" 5 yoxlama oyununda qüvvəsini sınayacaq

15 Yanvar 2019 18:24 I Divizion 485
"Sumqayıt-2" 5 yoxlama oyununda qüvvəsini sınayacaq

I Divizionun lideri olan "Sumqayıt"ın əvəzediciləri çempionatın ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, komanda Elbrus Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə olmaqla, "Kapital Bank Arena"nın köməkçi meydançasında məşqlərini həyata keçirir.

Hazırlıq dönəmində "Sumqayıt-2" 5 yoxlama oyununda qüvvəsini sınayacaq.

Komanda yanvarın 17-də Region Liqası təmsilçisi "Uğur", 24-də "Şahdağ", 26-da I Divizion təmsilçisi "Qarabağ-2", 31-də isə "Səbail-2" ilə hazırlıq matçları keçirəcək.

5-ci rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti