“Kəpəz” qış hazırlıq dövründə ilk transferini həyata keçirib.
Sportinfo.az xəbər verir ki, “sarı-göylər” Gəncə futbolunun yetirməsi Əli Səmədovla güclənib.
22 yaşlı yarımmüdafiəçi mövsümün ilk yarısında “Sabah-2”nin şərəfini qoruyub. Onunla cari çempionatın sonuna kimi müqavilə bağlanacaq.
Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Əli Səmədov yayda “Kəpəz”dən ayrılıb Bakı təmsilçisinə keçmişdi.
O, buna kimi son 3 mövsümdə Gəncə klubunun əsas və əvəzedici komandasında çıxış edib. Əli «Kəpəz»in akademiyasında çalışan məşqçi İbrahim Səmədovun oğludu.

