AFFA-nın millidən uzaqlaşdırdığı baş məşqçi “Qarabağ”da

13 Yanvar 2019 18:12 I Divizion 1 278
AFFA-nın millidən uzaqlaşdırdığı baş məşqçi “Qarabağ”da

I Divizionda çıxış edən “Qarabağ”ın əvəzedici komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, kollektivi bundan sonra Azər Məmmədov çalışdıracaq.

Uzun müddət “Kəpəz”də çalışan, son olaraq U-16 yığmasının baş məşqçisi olmuş Məmmədov yeni işində Borçe Xristovu əvəzləyib.

Bolqarıstanlı mütəxəssis bundan sonra akademiyanın baş koordinatoru olaraq fəaliyyətini davam etdirəcək. Azər bəyin köməkçisi isə Aleksandr Qross olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!