Gəncə, Şəmkir və Göygöl Olimpiya Kompleksləri "Kəpəz"in ixtiyarında

8 Yanvar 2019 08:12 I Divizion 570
Gəncə, Şəmkir və Göygöl Olimpiya Kompleksləri "Kəpəz"in ixtiyarında

“Kəpəz”in əsas komandası üçün qış fasiləsi başa çatıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” çempionatın 2-ci dövrəsi ilə bağlı hazırlığa start verib.


“Kəpəz” toplanışın ilk hissəsini doğma şəhərdə keçirəcək. Komanda Gəncə ilə yanaşı, Şəmkir və Göygöl Olimpiya İdman Komplekslərinin xidmətlərindən də yararlanacaq.


Birinci mərhələ əsasən bərpaedici və fiziki yöndə çalışmalar üzərində qurulub. “Kəpəz” hazırlığın ikinci mərhələsini paytaxtda keçirmək niyyətindədi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti