I Divizionda baş məşqçi istefası reallaşıb.
Aqil Nəbiyev "Şüvəlan"dan ayrılmaq qərarı verib.
36 yaşlı mütəxəssis ötən mövsüm bürünc medal qazandırdığı qəsəbə klubundan öz istəyi ilə gedib. Səbəb komandanın maliyyə vəziyyətinin son vaxtlar tamamilə pisləşməsidi.
Düzdü, "Şüvəlan" keçən sezon da yağ-bal içində üzməyib. Amma indi maddi durum dözülməz həddə çatıb. 220 min manatlıq büdcə iki dəfə aşağı salınıb, əksər yaşlı futbolçular yola salınıb.
"Şüvəlan" yayda dağıla bilər. «Silk Way» daha futbola vəsait ayırmaq niyyətində deyil.
Şirkət hələ bu yay klubdan imtina etmək fikrindəydi. AFFA-nın müdaxiləsindən sonra planlarını 1 illik təxirə saldılar.
SPORTİNFO.AZ

