AFFA "Kəpəz"in tamamilə fəaliyyətini dayandırmasını istəyir

22 Dekabr 2018 16:36 I Divizion 985
AFFA "Kəpəz"in tamamilə fəaliyyətini dayandırmasını istəyir

Faktiki olaraq rəhbərsiz qalan "Kəpəz"də maaşlar da verilmir.

Sportinfo.az xəbər verir ki, Gəncə klubunun futbolçuları və texniki heyətinə hələ noyabr ayının maaşı da verilməyib.

AFFA-dan hər dəfə "yaxın günlərdə" məvaciblərin ödəniləcəyi ilə bağlı vədlər verilsə də, əməl olunmur. Halbuki, AFFA-dan maliyyələşən digər I divizion klublarında noyabrın maaşları artıq verilib.

Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevin "Kəpəz"in Müşahidə Şurasının rəhbərliyindən istefa verəndən sonra onun kluba rəhbərlik edən adamları da işdən çıxarılıb.

Hazırda "Kəpəz"in rəhbərliyində heç kim təmsil olunmur. AFFA-nın kluba yeni rəhbər təyin edəcəyi deyilsə də, bu baş verməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti